Azərbaycan – Lüksemburq görüşünü kimlər idarə edəcək?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avro-2025-in seçmə mərhələsində Lüksemburq ilə keçirəcəyi ev oyununun hakimləri açıqlanıb.

Allsport.az xəbər verir ki, “Azərsun arena”da keçiriləcək görüşü moldovalı Dumitri Muntean idarə edəcək.

Denis Oala və Sergey Boqdan köməkçi, İqor Bosca isə dördüncü referi funksiyasını yerinə yetirəcəklər.

Qeyd edək ki, oktyabrın 17-də görüş saat 18:00-da başlayacaq.

Həmin kateqoriyadan