Azərbaycan millisi Ermənistanla eyni səbətdə

Millətlər liqasında 2020/2021 mövsümünün püşkü üçün səbətlərin tərkibi açıqlanıb.Allsport.az xəbər verir ki, Azərbaycan millisi “C” liqasında Ermənistan, Qazaxıstan və Moldova ilə birgə 4-cü səbətdə yer alıb.

“A” liqası

1-ci səbət: Portuqaliya, Niderland, İngiltərə, İsveçrə
2-ci səbət: Belçika, Fransa, İspaniya, İtaliya
3-cü səbət: Bosniya və Herseqovina, Ukrayna, Danimarka, İsveç
4-cü səbət: Xorvatiya, Polşa, Almaniya, İslandiya

“B” liqası

1-ci səbət: Rusiya, Avstriya, Uels, Çex Respublikası
2-ci səbət: Şotlandiya, Norveç, Serbiya, Finlandiya
3-cü səbət: Slovakiya, Türkiyə, İrlandiya, Şimali İrlandiya
4-cü səbət: Bolqarıstan, İsrail, Macarıstan, Rumıniya

“C” liqası

1-ci səbət: Yunanıstan, Albaniya, Monteneqro, Gürcüstan
2-ci səbət: Şimali Makedoniya, Kosovo, Belarus, Kipr
3-cü səbət: Estoniya,Sloveniya, Litva, Lüksemburq
4-cü səbət: Ermənistan, Azərbaycan, Qazaxıstan, Moldova

“D” liqası

1-ci səbət: Cəbəllütariq, Farer adaları, Latviya, Lixtenşteyn
2-ci səbət: Andorra, Malta, San-Marino

Millətlər liqasının püşkü 2020-ci il martın 3-də Niderlandın paytaxtı Amsterdamda atılacaq.

Həmin kateqoriyadan