- Baxış sayı: 92
- 07 Avqust 2026 11:54
- Baxış sayı: 203
- Avqust 05, 2026
- 0

Sabah Fransanın Bastiya şəhərində 21-ci “Corsican Circuit” beynəlxalq şahmat turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanı qrossmeyster Namiq Quliyev təmsil edəcək.
Əvvəlcə 81 şahmatçının, o cümlədən 9 qrossmeysterin iştirakı ilə “Open Oscaro” keçiriləcək. Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq. Onun yekunlarına əsasən rapid üzrə “Corsica Masters” turnirinin 16 iştirakçısı müəyyən ediləcək.
“Corsica Masters” oktyabrın 29-da Ayaçço şəhərində keçiriləcək. Beynəlxalq şahmat turnirinin reytinq-favoritləri amerikalı Qata Kamski, rusiyalı Aleksey Dreyev və ukraynalı Vladimir Onişşukdur.