Azərbaycan şahmat federasiyasının hesabat konfransı

Allsport.az xəbər verir ki, Azərbaycan şahmat federasiyasının hesabat konfransı dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransa Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov rəhbərlik edib.

AŞF rəhbəri 2022-ci ilin yekunları barədə məruzə ilə çıxış edib, ötən ilin nəticələrini xatırladıb. Ardınca ötən ilin yekunlarına həsr olunan qısa film nümayiş etdirilib.

İclasda Azərbaycan şahmat federasiyasının üzvlüyünə yeni şəxslər qəbul edilib. Üzvlük kriteriyalarına əlavələr edilib. 2022-ci ilin və cari təqvim ilinin büdcəsi barədə konfrans iştirakçılarına məlumat verilib.
Konfransda Azərbaycan şahmat federasiyasının nizamnaməsinin bəzi bəndlərinə dəyişikliklər, icraiyyə komitəsinin üzvlərinin sayının artırılması və yeni üzvlərin seçilməsi məsələlərinə baxılıb.

Ailə, qadın, və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, elm və təhsil nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə icraiyyə komitəsinin yeni üzvləri kimi təsdiqlənib.

Azərbaycan şahmat federasiyasının intizam komissiyası formalaşdırılıb. İlqar Xələfovla Ələmdar Məmmədov komissiyaya üzv, Elçin Məmmədov sədr seçilib.

Azərbaycan şahmat federasiyasının hakimlər, məşqçilər, uşaq və gənclər, bəstəçilik, qadın və sosial məsələlər, regional inkişaf komissiyalarının hesabatı dinlənilib.

Heydər Əliyevin 100 illiyinə həsr olunan silsilə tədbirlər barədə məlumat verilib.
Hesabat konfransından sonra Azərbaycan şahmat federasiyasının icraiyyə komitəsinin iclası keçirilib.

Həmin kateqoriyadan