- Baxış sayı: 66
- 05 Noyabr 2026 13:13
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərində “Al Ain Classic 2014” beynəlxalq turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışda 27 ölkədən 151 şahmatçı, o cümlədən 52 qrossmeyster iştirak edib. Gərgin mübarizə nəticəsində 4 qrossmeyster hərəyə 7 xal toplayıb. Ən yaxşı əlavə göstərici isə gürcü Qayoz Niqalidzeyə (2536) qələbə gətirib.
Azərbaycan şahmatçıları arasında qrossmeyster Rauf Məmmədov, Nicat Abbasov və Ülvi Bacarani hərəyə 6 xal, Pərviz Qasımov 5 xal, Zaur Məmmədov, Gülnar Məmmədova, Orxan Əbdülov, Xəyalə Abdulla, Şahin Hüseynov, Elnur Əliyev, Rüstəm Bünyadov və Əhməd Əhmədzadə isə aktivlərinə 4,5 xal yazıblar.