Azərbaycan şahmatçıları 13-cü Beynəlxalq “Khazar Open” turnirində iştirak edəcəklər

Azərbaycan şahmatçıları fevralın 11-də İranın Rəşt şəhərində start götürəcək 13-cü beynəlxalq “Khazar Open” turnirində iştirak edəcəklər. Allsport.az xəbər verir ki, “A” turnirində iştirak etmək üçün 76 şahmatçı, o cümlədən 15 qrossmeyster müraciət edib.

Azərbaycan idmanının şərəfini qrossmeysterlər Azər Mirzəyev, Misrəddin İsgəndərov, Nərmin Kazımova, Ramil Əlləzov, Elvin Bayramov, Zaur Bayramov, Rəşad Zeynallı, Oğuz Abışlı, Nəsir Nuriyev, Kənan Qarayev, Azad Dalqi və Qulam Məmmədov qoruyacaqlar. Turnirin reytinq-favoriti ukraynalı Konstantin Tarlevdir. Azərbaycanlı Azər Mirzəyev isə reytinq üzrə ikinci yeri tutur.

İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq “Khazar Open” turniri fevralın 17-də başa çatacaq. Turnirdə 13 ölkənin şahmatçıları iştirak edəcək.

Həmin kateqoriyadan