Azərbaycan şahmatçılarının 1/16 finalda rəqibləri bəllidir

Sabah paytaxtda şahmatçıların Dünya Kubokunda 1/16 final mərhələsinə start veriləcək. Allsport.az saytı xəbər verir ki, 3-cü dövrədə bizdənyalnız Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov iştirak edəcəklər.

Artıq Azərbaycan şahmatçılarının rəqibləri bəllidir. Bu mərhələdə Teymur Rəcəbov Rusiya qrossmeysteri Pyotr Svidlerlə görüşəcək. «Şah» hindistanlı qrossmeyster Seturaman Panayapanla qarşılaşacaq. Qədir Hüseynov Çin təmsilçisi Dinq Liren ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan