Azərbaycan şahmatçısı Hindistan klubu ilə DÇ-də 3-cü olub

Günay Məmmədzadə (şəkildə sağdan 2-ci), Hindistanın MGD1 komandasının heyətində Almaniyada rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.

Allsport.az saytı xəbər verir ki, adı çəkilən klub 12 turun yekun nəticəsinə əsasən 18 xal toplayıb.

Rapid növü üzrə dünya çempionatında qələbəni Bakıda dünya kubokunun finalçısı Rameşbabu Praqnanandanın da şərəfini qoruduğu “WR Chess” bayram edib.

Qalib komanda 22 xalla bütün rəqibləri qabaqlayıb.

Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla 2-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan