Azərbaycan millisi Ermənistanda keçiriləçək dünya çempionatında iştirakdan imtina etdi

Aprelin 18-dən 29-dək Ermənistanın Tsaxkadzor şəhərində şahmat üzrə komanda çempionatı keçiriləcək. Allsport.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması bu turnirdə iştirakdan imtina edib.

Dünya çempionatında 10 güclü komanda iştirak edir. Azərbaycan şahmatçıları 2013-cü ilin Avropa çempionatında qazandıqları qələbə sayəsində iştirak hüququ qazanıblar.

Daha əvvəl Azərbaycan yığması dörd dəfə dünya komanda çempionatında iştirak edib.

Həmin kateqoriyadan