Azərbaycan yığması mübarizəni dayandırıb

Şahmat üzrə Azərbaycan yığması onlayn olimpiadada çıxışını başa vurub.

Allsport.az xəbər verir ki, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayevadan ibarət kollektiv üçüncü yarış günündə ardıcıl olaraq, Sloveniya, Misir və Fransa ilə qarşılaşıb.

İlk oyunda 4,5:1,5 hesablı qələbə qazanan yığma ikinci görüşdən də üstün ayrılıb – 4:2. Azərbaycan şahmatçıları son qarşılaşmada isə Fransa ilə heç-heçə ediblər – 3:3.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran Azərbaycan yığması qrup mərhələsini 3-cü pillədə tamamlayaraq, pley-offa vəsiqə şansını itirib. Qrupda ilk sıranı 16 xalla Hindistan, ikinci yeri isə 1 xalla Macarıstan tutub. Hər iki komanda növbəti mərhələyə adlayıb.

Onlayn şahmat olimpiadası

“B” qrupu

VII tur

Sloveniya – Azərbaycan – 1,5:4,5

Yuri Skoberne – Teymur Rəcəbov – 0:1

Boris Markoşa – Rauf Məmmədov – 0:1

Lara Yanzel – Günay Məmmədzadə – 0:1

Tea Vidiç – Gülnar Məmmədova – 1:0

Yan Subelj – Məhəmməd Muradlı – 0:1

Zala Urx – Xanım Balacayeva – 0,5:0,5

VIII tur

Azərbaycan – Misir – 4:2

Şəhriyar Məmmədyarov – Əhmed Adli – 0:1

Qədir Hüseynov – Ədhəm Fəvzi – 1:0

Gülnar Məmmədova – Şahəndə Vafa – 1:0

Ülviyə Fətəliyeva – Ayyah Moataz – 0:1

Vüqar Əsədli – Hamed Vafa – 1:0

Gövhər Beydullayeva – Sara Adel – 1:0

IX tur

Fransa – Azərbaycan – 3:3

Yannik Qozolli – Teymur Rəcəbov – 0,5:0,5

Sebastyan Maze – Şəhriyar Məmmədyarov – 0:1

Mari Sebaq – Günay Məmmədzadə – 1:0

Paulin Gişar – Gülnar Məmmədova – 1:0

Mark Maurittsi – Vüqar Əsədli – 0,5:0,5

Paulin Summariva – Xanım Balacayeva – 0:1

Ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Məhəmməd Muradlı və Gövhər Beydullayeva yer alıblar.

Həmin kateqoriyadan