“Azərbaycana getsəydim, milli komandaya dəvət almaq şansım olmayacaqdı”

Xeyli müddət idi “Qəbələ”yə keçəcəkləri müzakirə olunan daha iki futbolçu özünə yeni klub tapıb. Allsport.az xəbər verir ki, söhbət Ukraynanın “Çernomorets” klubunun sabiq yarımmüdafiəçiləri – Kiril Kovalçuk və İvan Bobkodan gedir.

Belə ki, “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun Odessa təmsilçisindən gətirmək istədiyi oyunçular Ukraynada qalıblar. Onlar yerli “Metallist” klubu ilə müqavilə bağlayıblar.

Qeyd edək ki, Qriqorçuk qış transfer dönəmində sabiq klubu “Çernomorets”dən Aleksey Qay, Ruslan Fomin, Dmitri Bezotosnı və Mixail Sivakovu heyətə cəlb edib.

Bu arada Roman Kovalçuk “Qəbələ”yə keçməkdən imtina edib, Xarkov “Metallist”ini seçməsinə aydınlıq gətirib:

“Metallist”i seçdim. Hesab edirəm ki, bu, karyeramda irəliyə doğru bir addımdır. Komandanın böyük hədəfləri var. Bu komanda ilə birgə daha da inkişaf etmək imkanım olacaq. Xarkov klubunu seçməyimə təsir edən daha bir amil, burada oynamaqla millinin məşqçilərinin diqqət mərkəzində olmaq şansı qazanmağımdır. Bu, mənim üçün çox vacibdir. Yığmada olmuşam və bundan sonra da Mixail Fomenkonun kmandasında yer almaq istəyirəm. Azərbaycan və ya Özbəkistana getsəydim, belə bir şansım olmayacaqdı. Adətən, belə çempionatlardan yığmaya oyunçu dəvət etmirlər. Ən azından mən belə bir təcrübəni xatırlamıram”.

Həmin kateqoriyadan