Ölkəmizdə planlaşdırılan daha bir turnir təxirə salındı

Koronavirus pandemiyasına görə Azərbaycanda keçirilməsi planlaşdırılan daha bir yarış təxirə salınıb. Allsport.az xəbər verir ki, söhbət Naxçıvanın ev sahibliyi edəcəyi 16 yaşadək yeniyetmələr arasında ümumdünya şahmat olimpiadasından gedir.

Beynəlxalq şahmat federasiyasının qərarına əsasən, 16 yaşadək şahmatçılar arasında ümumdünya şahmat olimpiadası bu ilin oktyabrında Naxçıvanda keçirilməli idi. 2-12 oktyabr tarixlərində təşkili planlaşdırılan yarış 2021-ci ildə baş tutacaq. Turnirin dəqiq tarixləri barədə məlumat veriləcək.

Ötən il Türkiyənin Çorum şəhərində keçirilən 16 yaşadək yeniyetmələr arasında ümumdünya şahmat olimpiadasında Azərbaycan yığması çempionluq sevinci yaşayıb.

Koronavirus pandemiyası səbəbindən Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess2020” superturniri də təxirə salınıb.

Həmin kateqoriyadan