- Baxış sayı: 139
- 11 Sentyabr 2026 14:21
- Baxış sayı: 180
- Sentyabr 24, 2026
- 0
Bu gün Ağır Atletika Akademiyasında Azərbaycan çempionatı start götürüb. Allsport.az saytı zirve-ik.com-a istinadən xəbər verir ki, yrışda körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Zərif cinsin nümayəndələri arasında Sinkleyr cədvəli ilə mütləq çempionat keçirilib. 1-6-cı yeri tutan atletlər mükafatlandırılıblar.
Mübarizəyə qatılan 8 ağırlıqqaldırandan 7-si “Zirvə” İdman Klubunun nümayəndəsi olub. Onlardan ikisi – Anastasiya İbrahimli və Elnarə Abbasova müvafiq olaraq gümüş və bürünc medallar qazanıblar. Qalib adını milli komandanın aparıcı üzvlərindən olan Boyanka Kostova qazanıb.