Azərbaycanın ulduz voleybolçusundan «Neftçi»yə dəstək

Ölkəmizin qadın voleybolçulardan ibarət milli komandasının aparıcı üzvü Ayşən Əbduləzimova «Neftçi» futbol klubuna dəstək nümayiş etdirib. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın ulduz oyunçusu «28 Mall»da yerləşən «Neftçi Üzvlük Kartı»nın satış məntəqəsinin qonağı olub. Reklam lövhəsinin önündə şəkil çəkdirən Ayşən, azarkeşləri flaqmanın matçlarını canlı seyr etməyə çağırıb.

Həmin kateqoriyadan