Qadın şahmatçılarımız Ermənistanı yenə biləcəkmi?

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandalarının Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının son turu üçün heyətləri açıqlanıb.

Allsport.az xəbər verir ki, qadınların yarışında birinci lövhədə Günay Məmmədzadə Ermənistan təmsilçisi Lilit Mkrtçyanla, kişilərin mübarizəsində isə Arkadi Naydiç Sloveniya yığmasından Luka Leniçlə üz-üzə gələcək. Bu tur Şəhriyar Məmmədyarov və onun bacısı Türkan Məmmədyarova istirahət edəcək.

Sloveniya – Azərbaycan
Luka Leniç – Arkadi Naydiç
Matey Sebenik – Rauf Məmmədov
Yure Skoberne – Qədir Hüseynov
Yan Sudel – Eltac Səfərli

Azərbaycan – Ermənistan
Günay Məmmədzadə – Lilit Mkrtçyan
Xanım Balacayeva – Elina Danielyan
Ülviyyə Fətəliyeva – Mariya Gevorqyan
Gülnar Məmmədova – Anna Sarqsyan

Son tura Bakı vaxtı ilə saat 11:15-də start veriləcək.

Həmin kateqoriyadan