“Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdır”

Serbiyanın “Srvena Zvezda” klubunun keçmiş kapitanı Nenad Kovaçeviç danas.rs saytına müsahibə verib. Allsport.az xəbər verir ki, milli üzvü olmuş veteran futbolçu ölkə yığmasının DÇ-2022-nin seçməsində Azərbaycana qarşı səfər oyunundan danışıb.

O, 2 komanda arasında 2003-cü ildə keçirilmiş (Bakıda 2:1, Podqoritsada 2:2) görüşləri də yada salıb. Kovaçeviç həmin zamanda “ay-ulduzlular”ımızı dəyərləndirmədiklərini söyləyib:

“Azərbaycana tarixi məğlubiyyəti yaşağımız oyunda meydana əvəzetmədən daxil olmuşdum. Podqoritsada  2:2 hesabı ilə başa çatan görüşdə milli komandada olmamışdım. Həmin vaxt da Azərbaycan ciddi bir komandaya çevrilmişdi. Bakıdakı məğlubiyyətdən sonra baş məşqçimiz Deyan Saviçeviçin istefa verdiyini xatırlayıram.

Onlara 6:1 və 1:0 hesabı ilə qalib gələndə də həmin matçlar yenə yadıma düşür. Amma o zaman da asan deyildi. Azərbaycan çox yöndəmsiz komanda idi. Onlarla səfərdə oynamağın çətin olacağı bilinirdi. O vaxt da 2003-cü ilə nisbətən daha yüksək səviyyədə idilər və o zamandan bəri daha da irəlilədilər. 

Возможно, это изображение (2 человека, люди стоят, люди играют в футбол, трава и текст «ZQ 24 24»)

2012-ci ildə “Bakı” klubunda oynamışam. Çox güclü çempionatları olduğunu deyə bilərəm. Futbolda ​​davamlı irəliləyirlər. Vaxtilə Robert Prosineçki də Azərbaycan yığmasında çalışıb. Deməli, onlar xaricilərdən öyrənməyə çalışırlar. Portuqaliya Azərbaycanı 1:0 hesabı ilə məğlub etdi. Bu da o deməkdir ki, Azərbaycanla zarafat etməyin, bu, xəbərdarlıqdır.

Rəqib sanki Almaniyadır. Oyuna bu cür yanaşmaq lazımdır. Heç bir rəqibi qiymətləndirməmək olmaz. Baş məşqçinin buna imkan verməyəcəyinə inanıram, amma yenə də xəbərdarlıq etmək istəyirəm.

Lüksemburqun İrlandiyanı məğlub etməsi kifayət qədər xəbərdarlıq olmalıdır. Artıq San-Marino kimi əvvəlcədən məğlub olduğu deyilən milli komandalar yoxdur. Futbol getdikcə çılğınlaşır və əvvəlcədən qazanılan oyunlar qalmayıb”.

Həmin kateqoriyadan