Azərbaycanlı həvəskar rəssamdan Vladimir Kramnikə sürpriz hədiyyə

Tanınmış şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” superturnirinin təntənəli bağlanış mərasimində rusiyalı dünya çempionu Vladimir Kramnikə hədiyyə təqdim olunub. Allsport.az saytı xəbər verir ki, Azərbaycanlı şahmat həvəskarlarının xüsusi marağına səbəb olan qonaq tədbirdə sürprizlə qarşılaşıb.

Şəmkirli həvəskar rəssam Aynur Abdullayeva Vladimir Kramnikə idmançının portretini hədiyyə edib. O bildirib ki, bu portreti çəkməyə onu vadar edən Kramnikin Şəmkirə olan sevgisi və turnirin açlış mərasiminin gözəlliyindən təsirlənməsi olub.

Xanımın şəxsi əl işi olan portreti idmançıya Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.

Həmin kateqoriyadan