Azərbaycanlı qrossmeysterlər Avropa çempionatında iştirak edəcəklər

Fevralın 24-dən martın 8-dək Qüds şəhərində keçiriləcək kişilər arasında şahmat üzrə Avropa çempionatının iştirakçılarının siyahısı tamamlanıb. Allsport.az xəbər verir ki, hazırda siyahıya 118-i qrossmeyster olmaqla 250 şahmatçı daxildir.

Yarışın iştirakçıları sırasında Azərbaycan qrossmeysterləri Rauf Məmmədov, Qədir Hüseynov, Namiq Quliyev, Nicat Abbasov və Vüqar Rəsulov var.

Turnir cədvəlində birinci yerdə çex qrossmeysteri David Navaranın adı yer alıb.

Həmin kateqoriyadan