Azərbaycanlı şahmatçı “Ostankino”nun heyətində qızıl medal qazanıb

Moskvanın əsas televiziya mərkəzində blits üzrə “Ostankino” kuboku komanda turnirinin birinci mərhələsi keçirilib. Allsport.az saytı xəvər verir ki, şahmat yarışında 7 kollektiv iştirak edib. Onlar öz aralarında sxveninqensk sistemi üzrə mübarizə aparıblar.

Qələbə uğrunda əsas rəqabər “Qazprom-neft”, “Ostankino” və Vostok” komandaları arasında gedib. “Ostankino” qızıl medal qazanıb. Bu komandanın heyətində Moskvada yaşayan azərbaycanlı şahmatçı Elmira Mirzəyeva da iştirak edib.

Şəxsi hesabda ən yaxşı nəticəni 9 xal toplayan azərbaycanlı şahmatçı göstərib. Svetlana Matveyeva və Vladimir Barski (“Furiya”) hərəyə 8,5 xal toplayıblar.

Həmin kateqoriyadan