Taekvondo məşqçimiz beynəlxalq sertifikata layiq görülüb

Allsport.az saytı xəbər verir ki, Tural Vəlibəyov Cənubi Koreyada mədəniyyət, idman və turizm nazirliyi ilə KUKKİVON taekvondo tədris mərkəzi tərəfindən təşkil olunan təkmilləşdirmə kurslarını uğurla başa vurub.

“Uhud” klubunun çalışdırıcıs Mujuda baş tutan seminarda beynəlxalq sertifikat alıb. 43 nəfər arasında 7 mütəxəssis fərqlənib. Həmyerlimizə sertifikatı KUKKİVON taekvondo tədris mərkəzinin prezidenti Li Donq Sup təqdim edib.

Sentyabrın 16-dan oktyabrın 12-dək keçirilən kurslarda “Ümid” taekvondo klubunun, həmçinin aşağı yaş qrupu üzrə yeniyetmələrdən ibarət millinin baş məşqçisi İlkin Şahbazov və DGK İSM-in məşqçi-müəllimi Müqabil Məmmədov da iştirak edib.

Həmin kateqoriyadan