Azərbaycanlı uşaqlar arasında XII Beynəlxalq şahmat turniri keçirilir

“Gənclik” şahmat klubunun və Fransanın Azərbaycandakı səfirliyi nəzdindəki “Institut Francais” mədəniyyət mərkəzinin təşəbbüsü ilə Bakıdakı “Landmark” otelində uşaqlar arasında XII Beynəlxalq şahmat turniri keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan, İngiltərə, Gürcüstan, Hindistan, İran, Rusiya və başqa ölkələrdən 50 gənc şahmatçı yarışın əsas mükafatı – Fransaya səyahət uğrunda mübarizə aparır.

Turnirin direktoru, Azərbaycanın Əməkdar Məşqçisi Gennadi Gelman “Azərtac”a müsahibəsində bildirib ki, Şahmat Federasiyasının dəstəyi ilə keçirilən turnir İsveçrə sistemi ilə 7 turdan ibarət olacaq. Turnir Azərbaycanda Frankofoniya həftəsi çərçivəsində təşkil edilib.

Həmin kateqoriyadan