Azərbaycansız dünya çempionatı

Bu gün Rumıniyanın paytaxtı Buxarestdə veteranlar arasında dünya çempionatı start götürür.

Allsport.az xəbər verir ki, FIDE-ni rəsmi yarışlar siyahısında yer alan dünya birinciliyində 50 ölkədən 350-dək şahmatçının iştirak edəcəyi gözlənilir. Kşilər və qadınların yarışı iki yaş kateqoriyası üzrə keçirilicək (50 və 65 yaş).

Dünyada şahmat ölkəsi kimi tanınan Azərbaycan bu dünya çempionatında da təmsil olunmayacaq.

Azərbaycan avqust ayının sonunda Çinin Vifanq şəhərində keçirilmiş və FIDE-nin rəsmi yarışlar siyahısında yer alan  8, 10 və 12 yaşlı uşaqlar arasında dünya çempionatında da təmsil olunmamışdı.

Həmin kateqoriyadan