“Azəryol” avrokuboka qoşulmadı

“Azəryol” avrokuboka qoşulmadı

“Azəryol” qadın həndbol klubu cari mövsümdə avrokuboklarda iştirak etməyəcək. Allsport.az saytı xəbər verir ki, bu barədə qərar klub rəhbərliyi ilə Avropa həndbol federasiyası arasında qəbul edilib.

Qitə kubokunda 3-cü mərhələdən mübarizəyə qoşulmalı olan Azərbaycan çempionunun Serbiya təmsilçisi “Naisa Niş”lə noyabrın 14-15 və 21-22-nə planlaşdırılan matçları baş tutmayacaq. Balkan təmsilçisinin 1/8 finala yüksəlməsi barədə qərar verilib.

Ümumilikdə, Avropa kubokunun 5 cütü barədə analoji qərar qəbul olunub. Buna səbəb Avropanı bürüyən koronavirus pandemiyasıdır.

Həmin kateqoriyadan