“Azəryol”un məşqçisi beynəlxalq “Usta məşqçi” lisenziyasına layiq görülüb

“Azəryol” klubunu məşqçisi Fuad Yangildin beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb. Allsport.az saytı xəbər verir ki, o, Avropa həndbol federasiyasının Moskvada keçirilən müvafiq kurslarını uğurla başa vurub. Onunla yanaşı Rusiya, Ukrayna və Estoniyanı təmsil edən həndbol mütəxəssisləri də həmin lisensiyaya yiyələniblər.

“Master Coach” qitə miqyaslı turnirlərdə yarışan milli komandalar və klubların çalışdırıcıları üçün vacib lisenziya sayılır. Sözügedən kursları müvəffəqiyyətlə bitirən məşqçilərə  həmçinin “EHF PRO” lisenziyası da verilir ki, bu da qarşıdakı iki il ərzində mütəxəssislərin komandaları beynəlxlaq arenalara çıxarması üçün əhəmiyyətlidir. Sonradan həmin müddət daha iki il artırıla bilər.

Fuad Yangildin artıq 4 ildir ki, “Azəryol”un uğurları üçün çalışır.

Həmin kateqoriyadan