Azad Rəhimov: “Dünya Kubokunda gərgin idman mübarizəsinin şahidi olacağıq”

“Fairmont” mehmanxanasında şahmat üzrə Dünya Kubokuna həsr olunan mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimov, yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyinə və Azərbaycan şahmatçılarının gözəl oyun nümayiş etdirəcəklərinə əminliyini deyib:

“Milyonlarla şahmatsevərin izləyəcəyi dünya kuboku canlı yayımlanacaq. Yarışa ən güclülər qatılıblar. Burada eks-çempionlar Vladimir Kramnik və Veselin Topalov da iştirak edəcəklər. Dünya kubokunun qalibi Maqnus Karlsen ilə oynayacaq. Buna görə də gərgin idman mübarizəsinin şahidi olacağıq”.

Həmin kateqoriyadan