- Baxış sayı: 36
- 18 Mart 2024 19:45
- Baxış sayı: 72
- Mart 17, 2024
- 0
Gələn il Minskdə keçiriləcək 2-ci Avropa oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə koordinasiya komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, 2 gün davam edəcək toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.
Komissiyanın yığıncağında Minsk-2019-un yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.