Azad Rəhimov və Kirsan İlyumjinov Dünya Kubokunda

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda final görüşləri davam edir. Allsport.az xəbər verir ki, bu gün final mərhələsinin dördüncü günündə Pyotr Svidler qara fiqurlarla Sergey Karyakinə qarşı mübarizə aparır.

Üç görüşdən sonra hesab Svidlerin xeyrinədir – 2:1. Əgər bu gün Karyakin qalib gələrsə, Rusiya şahmatçıları Dünya Kubokunun sahibini tay-brekdə müəyyənləşdirəcək.

Dünya Kubokunun mətbuat xidməti xəbər verir ki, bu gün Gənclər və İdman naziri Azad Rəhimov və FİDE prezidenti Kirsan İlyumjinov Dünya Kubokuna təşriv buyurub. Ali şahmat qurumunun rəhbəri finalçılarla görüşərək onlara uğur arzulayıb. Yarış zalı, mətbuat otağıyla tanış olan Kirsan İlyumjinov yaradılan şəraiti yüksək qiymətləndirib, təşkilatçılara təşəkkürünü bildirib.

Gənclər və İdman Naziri Azad Rəhimov FİDE prezidenti Kirsan İlyumjinovla görüşüb.

Həmin kateqoriyadan