Azad Rəhimov velosipedçilərlə görüşüb

İyulun 21-27-də paytaxtda yeniyetmələrin Avropa yay olimpiya festivalına hazırlıqla yaxından tanış olmaq üçün, gənclər və idman naziri Azad Rəhimov bu gün Veloparkda olub.

Allsport.az saytı xəbər verir ki, EYOF-un velosiped yarışlarının start və finiş nöqtələrinin yerləşdiyi bu idman qurğusunda görülən işlərlə bağlı ətraflı məlumat aldıqdan sonra nazir mötəbər yarışda iştirak edəcək velosipedçilərimizlə görüşüb, onlara uğurlar arzulayıb.

EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək. Azərbaycan bu yarışda Lalə Əbdürəhmanova, Gülşən İsmayılova, Məleykə İsgəndərova, Nikita Sıtov, Mustafa Muxtarlı və Nofəl Nuriyevlə təmsil olunacaq.

Həmin kateqoriyadan