Azad Rəhimov: “Vüqar Həşimov dünya şahmat ulduzu, Avropa çempionu idi”

Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016″nın  açılışında iştirak edən gənclər və İdman naziri Azad Rəhimov yarış haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, o, superturnirinin barədə bunu deyib:

“Mərhum şahmatçımız Vüqar Həşimov bizi tərk etsə də, onu daim xatırlayırıq. O, dünya şahmat ulduzu, Avropa çempionu idi. Vüqar Həşimov Azərbaycan şahmatına böyük uğurlar qazandırıb. Bu turnir də onun xatirəsinə ehtiram əlamətidir.

“Shamkir Chess” turniri Azərbaycanda keçirilən və FİDE-nin təqvimində yer alan beynəlxalq yarışlar arasında xüsusi yer tutur. Turnir çox yüksək səviyyədə təşkil olunub. Şəmkir çox gözəl şəhərdir. Şahmatçılar da özlərini burada çox yaxşı hiss edirlər. Qarşıda şahmatsevərləri 10 maraqlı yarış günü gözləyir”.

Qeyd edək ki, ShamkirChess 2016 superturniri iyunun 4-də başa çatacaq.

Həmin kateqoriyadan