- Baxış sayı: 67
- 07 Avqust 2026 18:33
- Baxış sayı: 217
- Avqust 05, 2026
- 0
AzAL-ın Gürcüstan səfəri baş tutmayacaq. Allsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ölkə daxilində hazırlıq keçən “təyyarəçilər”in yanvarın 23-də qonşu ölkəyə yollanması və ertəsi gün bir yoxlama görüşü keçirərək vətənə dönməsi planlaşdırılırdı. Lakin rəhbərlik normal sınaqçı rəqib tapa bilmədiyindən, Gürcüstana yollanmaqdan imtina edilib.
Paytaxt klubu qış toplanışını yalnız öz bazasında keçirməklə kifayətlənəcək. İlk iki dövrədən sonra Topaz Premyer Liqasında 7-ci pillədə qərarlaşıb.