AzAL “Qarabağ”la oyuna ciddi itkilərlə hazırlaşdı

AzAL Topaz Premyer Liqasının 21-ci turunda “Qarabağ”ı qəbul edəcək. Allsport.az xəbər verir ki, “təyyarəçilər” artıq oyuna hazırlığı başa vurub və matç saatını gözləyir.

Son məşqdə zədəli futbolçular – Eduardo və Luis Ramos, eləcə də özünü narhat hiss edən Kamal Bayramov iştirak etməyib. Əvəzində cəzalı durumda olan Viktor İqbekoyi komanda ilə birgə çalışıb. Əsasən toplu çalışmaların üstünlük təşkil etdiyi məşq ikitərəfli oyunla yekunlaşıb. “Yaşıllar” “qırmızılar”ı məğlub edib.

Qeyd edək ki, AzAL – “Qarabağ” oyunu bu gün saat 15:00-da başlayacaq.

Həmin kateqoriyadan