Azərbaycanın qrupunda azarkeşlər güllələndi, oyun yarıda dayandırıldı

Azərbaycanın qrupunda azarkeşlər güllələndi, oyun yarıda dayandırıldı

Belçika və İsveç arasında Avropa çempionatının seçmə mərhələsinin oyunu başlamazdan əvvəl Brüsseldə faciə baş verib.

Allsport.az xəbər verir ki, “Roi Baudouin” stadionundan təxminən 5 km aralıda 2 isveçli azarkeş güllələnib, 1 nəfər yaralanıb. İlkin məlumatlara görə, atışmanı biri skuter sürən iki nəfər həyata keçirib. Cinayətin dini zəmində törədildiyi qeyd olunur – hücum edən şəxs ərəbcə “Allah böyükdür” qışqıraraq atəş açıb.

Matçın fasilədə 1:1 hesabı ilə yarımçıq kəsilib, sonra UEFA-nın qərarı ilə təxirə salınıb. Hər 2 milli Azərbaycan futbolçuları ilə birgə “F” qrupunda yer alıb.

Həmin kateqoriyadan