FOTO
AzDBTİA-da Anım günü

Sentyabrın 27-də gənclər və idman nazirliyi Anım gününü qeyd edib. Allsport.az saytı xəbər verir ki, öncə bununla bağlı respublika stend atıcılığı üzrə idman kompleksində nazir Fərid Qayıbovun iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Nazirliyin kollektivi və atıcılıq idmanı üzrə yığma komanda üzvləri kompleksin həyətində ümumilikdə 100 ağac əkiblər.

Ölkə üzrə isə, gənclər və idman nazirliyinin tabeliyində olan 44 idman kompleksi və gənclər evinin ərazisində, şəhidlərin əziz xatirəsinə hörmət əlaməti olaraq, 2907 ağac əkilib.

Anım günü münasibətilə gənclər və idman nazirliyinin rəhbərliyi və kollektivi, eləcə də gənclər təşkilatlarının və idman ictimaiyyətinin nümayəndələri 2-ci Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət ediblər. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşərək həlak olmuş qəhrəmanlarımızın məzarları önünə gül-çiçək düzülüb, əziz xatirələri ehtiramla yad edilib.

Anım mərasimi isə Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının akt zalında keçirilib. Dövlət himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə 2-ci Vətən müharibəsində canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə GİN rəhbəri Fərid Qayıbov, AzDBTİA-nın rektoru Fuad Hacıyev, 2-ci Vətən müharibəsi şəhidi Səbuhi Sadıxovun atası Rövşən Sadıxov, 2-ci Qarabağ müharibəsi qazisi, akademiyanın magistrantı Elnur Əkbərov və olimpiya çempionu Namiq Abdullayev çıxış ediblər.

Həmin kateqoriyadan