AzDBTİA-da basketbol üzrə hakimlik kursuna start

Dövlət bədən tərbiyəsi və idman akademiyasının karyera mərkəzi və basketbol federasiyasının birgə təşkilatçılığı ilə bakalavr səviyyəsində təhsil alan tələbələr üçün hakimlik kursuna start verilib. Allsport.az saytı xəbər verir ki, 28 ixtisasçı tələbə aprelin 18-dən etibarən 1 ay ərzində onlayn (I, III günlər) və əyani olaraq (hər şənbə) kursda iştirak edəcəklər.

Basketbol üzrə beynəlxalq dərəcəli hakim, FİBA-nın milli təlimatçısı Ələkbər Həsənov tərəfindən aparılan kursun əsas məqsədi tələbələrə yeni peşənin sirrlərinə yiyələnməyə kömək etməklə yanaşı hakimlik qaydalarının incəliklərini aşılamaq, oyunlar zamanı epizodları düzgün qiymətləndirmək, eləcə də yerli peşəkar mütəxəssislərin sayının artırılmasına töhfə verməkdir.

Nəzəri və praktiki hissədən ibarət olacaq kursu uğurla bitirən tələbələr federasiya tərəfindən sertifikatla təltif olunacaqlar.

Həmin kateqoriyadan