AzDBTİA-nın müəllimi idman mübadilə proqramına seçilib

AzDBTİA-nın “İdmanın oyun növləri” kafedrasının müəllimi Elşən Yusubov ABŞ dövlət departamentinin basketbol üzrə idman mübadilə proqramına seçilib. Allsport.az saytı xəbər verir ki, 2 həftə davam edəcək məşğələdə amerikalılarla qarşılıqlı ünsiyyətdə olmaq, həmçinin ABŞ cəmiyyəti, mədəniyyəti və dəyərləri ilə tanış olmaq fürsəti yaradacaq.

Proqram qidalanma, güc və hazırlıq, idmanda gender bərabərliyi, idman və əlillik, həmçinin komanda quruculuğu üzrə təlim sessiyalarını əhatə edəcək. Bundan başqa, iştirakçıların ölkələrinə qayıtdıqdan sonra istifadə edəcəkləri şəxsi fəaliyyət planının hazırlanmasına da xüsusi diqqət yetiriləcək.

Həmin kateqoriyadan