“Azlıqda qalmağımıza rəğmən, meydanda əsl komanda gördüm”

Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Maltada Latviya  futbolçularına 0:1 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında baş məşqçi Canni de Byazi bunu deyib:

“Təbii ki, bir nəfər azlıqda qalmağımız oyun planımızı dəyişdi. Oyuna yaxşı başlamışdıq. Renat Dadaşov və Dmitri Nəzərovla qol vurmaq imkanımız oldu, bəxtimiz gətirmədi. Oyundan sonra futbolçulara da dedim ki, nəticədən razı ola bilmərik, amma azlıqda qalmağımıza baxmayaraq meydanda əsl komanda gördüm.

Son dəqiqələrədək mübarizə apardıq. Bu gün mübarizə aparan futbolçuların çoxu növbəti oyunlarda bizimlə birlikdə olacaq. Ümumiyyətlə, iyunda millətlər liqasında qısa zamanda 4 oyun keçirəcəyik. Daha geniş heyətə ehtiyacımız olacaq. Qol epizodundan öncə künc zərbəsi zamanı bizim lehimizə qayda pozuntusu olmuşdu, amma hakim tam əks tərəfə cərimə verdi. Riçard Almeydanı alqışlamaq istəyirəm.

Heyətdəki ən təcrübəli futbolçulardan biridir. Bu yaşda 35-40 dəqiqə dinamik oynadı, yaxşı təsir bağışladı, keyfiyyətini göstərdi. Digər futbolçular Renat Dadaşov, Dmitri Nəzərov və Səlahət Ağayev də inamlı təsir bağışladılar. Futbolçulardan razı qaldım. Əlbəttə, nəticə ürəyimizcə olmadı. Bununla belə, oyunda ümidli məqamlar gördüm”.

Həmin kateqoriyadan