- Baxış sayı: 67
- 07 Avqust 2026 18:33
- Baxış sayı: 214
- Avqust 05, 2026
- 0
“Qəbələ”nin hücumçusu Bəxtiyar Soltanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytına açıqlamasında o, bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. Çox təəssüf ki, alınmadı. Pis oynadığımızı deməzdim. Son dəqiqədə Dodo 100 faizlik qol epizodundan yararlansaydı, qalib gələcəkdik. Bir şey yaxşıdır ki, 3 oyundur uduzmuruq. 3 gündən bir oynadığımız üçün yorğunluq var idi. 90 dəqiqə eyni tempdə oynaya bilmədik”.