Bakı çempionatına yekun vurulub

Suraxanı şahmat məkəbində Bakı çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, 45 şahmatçı İsveçrə sistemi üzrə mübarizə aparıb.

Kişilərdə Rüstəm Rüstəmov 9 oyundan 7 xal toplayaraq qalib olub. Tunar Davudov 6,5 xalla 2-ci, Amin Qurbanov 6 xalla 3-cü olub.

Qadınların yarışında Xanım İsmayılova 9 oyunda 8 xal toplayaraq çempion olub. Nazlı Hümbətova aktivinə 7,5 xal yazaraq 2-ci, Aytən Səfərova isə 6,5 xalla 3-cü yer tutub.

Yarışın bağlanış mərasimində Bakı çəhər gənclər və idman baş idarəsinin sektor müdiri, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Gündüz Vəliyev, yarışın baş hakimi Mahir Cəfərov (İA), baş katibi Fidan Talıbova (NA) mükafatçıları təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.

Baş idarə və şahmat federasiyasının birgə təsdiqlədiyi əsasnaməyə müvafiq olaraq, kişilər arasında ilk 8 yeri, qadınlar arasında isə ilk 6 yeri tutan şahmatçılar bu ilin dekabrnda respublika çempionatının 1-ci dəstəsinə vəsiqə qazanıblar.

Həmin kateqoriyadan