“Bakı open-2023″ün açılışı olub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Bakı open-2023” beynəlxalq şahmat festivalının açılış mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tədbirdə AŞF-in prezidenti Mahir Məmmədov çıxış edərək ölkə şahmatının inkişafının əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib.

M.Məmmədov şahmata olan diqqət və qayğının bu gün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

FIDE prezidenti Arkadi Dvorkoviç şahmat yarışlarının yüksək səviyyədə təşkilatçılığı eləcə də bu idman növünün inkişafı naminə görülən işlərə görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Gənclər və idman naziri Fərid Qayıbov may ayında ümummilli kider Heydər Əliyevin xatirəsinə həsr olunan bir sıra idman tədbirlərinin keçirələcəyini vurğulayıb. Sonda nazir yarış iştirakçılarına uğurlar arzulayıb.

Həmin kateqoriyadan