Bakı qış çempionatı başa çatıb

Respublika olimpiya mərkəzində atletika üzrə Bakı qış çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışda müxtəlif klubları təmsil edən 110 idmançı mübarizə aparıblar. Onlar 60, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də yadro itələmə yarışlarında qüvvələrini sınayıblar.

Kişilərdə Elmir Cəbrayılov, Nazim Babayev, Heydər Yaqubov, Əli Abdiyev, İsmayıl Əliyev, Orxan Aslanov, Səid Məmmədov, Elman Abışov, Aleksey Əliəkbərov, Nikita Nejtyakov 1-ci yerləri tutublar.

Qadınların mübarizəsində Aysel Mehralıyeva, Səkinə Hacızadə, İlahə Quliyeva, Anna Yusupova, Lamiyə Vəliyeva, Ləman İsfəndiyarova və Fəxriyyə Tağızadə qalib olublar.

Qaliblərə baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim verilib.

Həmin kateqoriyadan