Bakı şəhər komanda çempionatının qalibi Səbail–1 oldu

Bu gün Bakı şəhəri üzrə 2 №-li UGŞİM-də şahmat üzrə komanda çempionatı sona çatdı. Allsport.az saytı xəbər verir ki, yarışda 8 komanda tərkibində 40 nəfər (onlardan 9 nəfəri qızlardır) I dərəcəli şahmatçı iştirak etdib.

Baş hakim Fərid Zeynalovun rəhbərliyi ilə 7 turdan ibarət dairəvi sistem üzrə keçirilən yekun nəticəyə görə Səbail-1 14 (32) xalla I yeri, Nəsimi-1 10 (21) xalla II yeri, HİRŞDK komandaları 9 (19) xalla III yeri tutublar.

I yerə I lövhə üzrə 6,5 xalla Mustafin Andrey (Səbail – 1), II lövhə üzrə 6,5 xalla Əhmədzadə Əhməd (Səbail – 1), III lövhə üzrə 5,5 xalla İsmayılov Muhəmməd (Səbail – 1) sahib çıxıblar.

Tədbirin bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov çıxış edərək, şahmatın inkişafında xüsusilə uşaqlar arasında keçirilən bu tipli yarışların böyük rol oynadığını bildirmiş, qalibləri təbrik edib.

Sonda qalib komandaların üzvləri, həmçinin lövhələr üzrə I yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla, medallarla, xatirə hədiyyələri və kubokla təltif olunublar.

1514354_752313681530951_4462579783833276363_n 10387681_752313661530953_7097405765323209187_n 10550825_752313671530952_7462606579361923584_n 10959601_752313668197619_2867542467256613766_n 10982478_752313658197620_7279537445018177412_n 10991198_752313674864285_2789062466625707755_n

Həmin kateqoriyadan