Bakı Şahmat Olimpiadasına həsr olunan poçt markaları hazırlanıb

Bakı Şahmat Olimpiadasına həsr olunan poçt markaları hazırlanıb

“Azərmarka” ənənəyə sadiq qalaraq, əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb. Allsport.az saytı xəbər verir ki, növbəti markalar sentyabrın 2-də Bakıda start götürəcək 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib. Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb.

Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir. Ötən il “Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” seriyasından hazırlanan poçt markası İtaliyada yayımlanan “L’arte del Francobollo” jurnalı tərəfindən “Ayın ən orijinal markası” seçilmişdi.

Həmin kateqoriyadan