Bakı Şahmat Olimpiadasının baş hakimi Faiq Həsənov olacaq

Bakıda keçiriləcək 42-ci Şahmat Olimpiadasının baş hakimi müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, bu mötəbər yarışın baş referisi Faiq Həsənov olacaq. Ümumilikdə, olimpiada vaxtı 200-ə yaxın ədalət təmsilçisi partiyalara nəzarət edəcək. Baş hakimin köməkçiləri Anastasiya Sorokina və Mahdi Abdulrahim olacaq.

FİDE Hakimlər Komissiyasının sədri Takis Nikolopoulos isə turnirin direktoru təyin olunub. Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.

Həmin kateqoriyadan