- Baxış sayı: 68
- 07 May 2026 16:43
- Baxış sayı: 161
- May 08, 2026
- 0

FİDE vitse-prezidenti Georgios Makropulos Bakı Şahmat Olimpiadasının hazırlıq işləriylə tanış olmaq üçün hər ay Bakıya səfər edəcək. Allsport.az saytı xəbər verir ki. bu barədə qonaq belə deyib:
“İndiyə qədər görülən işləri yüksək qiymətləndiririk. Həlledici mərhələyə başladığımızdan hər ay nümayəndələrimiz Azərbaycana gələcək. Lazım olan sahədə mütəxəssislərimiz Əməliyyat Komitəsinə kömək edəcək. Bildiyiniz kimi, olimpiada vaxtı FİDE-nin növbəti konqresi də keçiriləcək. Hər iki tədbirə hazırlıq işlərinin gedişindən razıyıq. Növbəti aylarda iştirakçıların qeydiyyatı aparılacaq”.
Xatırladaq ki, Bakıda təşkil olunacaq Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Ölkəmizdə ilk dəfə baş tutacaq mötəbər yarış Crystal Hall-da keçiriləcək. Olimpiada günlərində paytaxtımızda həm də FİDE konqresinin növbəti iclası olacaq.