Bakı Şahmat Olimpiadasının loqosu təqdim olundu

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirdi. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verdi.

Tədbirin sonunda gələn il sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olundu. Loqo haqda məlumat verən Bakı Şahmat Olimpiadası və Dünya Kubokunun Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışda 175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyini bildirdi.

Onun sözünə görə, ümumilikdə, Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi Crystal Hall əks olunub. Mahir Məmmədov 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd etdi.

Həmin kateqoriyadan