“Bakı” “Xəzər Lənkəran”la oyuna hazırdır

“Bakı” Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq. Allsport.az xəbər verir ki, paytaxt klubu bu gün Lənkəran şəhərində oyun öncəsi son məşqini keçirib.

Saat 17:00-da başlayan hazırlığa yüngül qaçışla start verilib. Ardından futbolçular isinmə hərəkətlərini icra edib. Vacib qarşılaşma öncəsi kollektivdə əhval-ruhiyyəni yüksəldən baş məşqçi İbrahim Uzunca oyunçularına əsasən topla oynamaq tapşırığı verib.

Həmin kateqoriyadan