Bakıda atletika üzrə beynəlxalq turnir

Allsport.az xəbər verir ki, əməkdar məşqçi Aleksandr Antipovun xatirəsinə həsr olunmuş bakı beynəlxalq qış yarışı fevralın 2-3-də baş tutacaq.

Yarışda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiyanın Saxa respublikasından (Yakutiya) atletlər öz güclərini sınayacaqlar.

Yarış Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakteri daşıyacaq. Turnirin proqramına böyüklər arasında 60 metr qaçış, uzunluğa tullanma və üçtəkanla tullanma növləri daxil edilib.

U-18 yaş qrupunda isə atletlər uzunluğa tullanma və 60 məsafəyə qaçışda mübarizə aparacaqlar.

Həmin kateqoriyadan