Bakıda ilk dəfə 100 lövhədə seans

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan seans təşkil edilib. Allsort.az saytı xəbər verir ki, dənizkənarı bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak edib.

Seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, dünya kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda müxtəlif yaş qrupları üzrə dünya, Avropa çempionatının qalib və mükafatçıları Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova balaca və yeniyetmə şahmatçılara qarşı mübarizə aparıb.

İki saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıb. Tədbirin sonunda yeniyetmə şahmatçılara AŞF-in xatirə hədiyyələri təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan eyni anda 100 lövhədə seanslar növbəti aylarda digər regionlarda təşkil olunacaq.

Həmin kateqoriyadan