Bakıda planlaşdırılan qran-pri ilə bağlı yekun qərar gələn ay veriləcək

Milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov və beynəlxalq görmə məhdudiyyətli İdmançılar assosiyasiyasının cüdo idman növü üzrə idman direktoru Yanuş Tardos arasında onlayn formatda görüş keçirilib. Allsport.az xəbər verir ki, Tardos bildirib ki, ölkəmizdə COVID-19 infeksiyası ilə mübarizə çox yüksək səviyyədə aparılır.

Azərbaycanda yoluxma sayının az olması bunun birbaşa göstəricisidir və bu istiqamətdə aparılan işlər digər ölkələr üçün nümunəvidir. Eyni zamanda Tardos deyib ki, yoluxma sayının aşağı dolması və dövlət tərəfindən görülən işləri nəzərə alaraq cari ilin noyabr ayında Bakıda qran pri yarışının keçirilməsini reallaşdırıla bilər.

Rəhimov görüş zamanı qeyd edib ki, qran-pri yarışına hazırlıqlar davam edir, cüdo federasiyası ilə danışıqlar aparılır. Lakin yarışın keçirilməsi ilə bağlı yekun qərar sentyabr ayında veriləcək. Rəhimov beynəlxalq cüdo federasiyasının pandemiya vaxtı yarışların keçirilməsi ilə bağlı yeni qaydaların Bakıda keçiriləcək qran-pridə təmin olunacağını vurğuladı.

Görüşdə Azərbaycan komitənin baş katibi Kamal Məmmədov və idman şöbəsinin müdiri, Tokio 2020 XVI yay paralimpiya oyunlarında iştirak edəcək milli komandanın şef-de-missionu Rauf Mürsəlov iştirak ediblər.

Həmin kateqoriyadan