“Bakı” Qolf federasiyasının ittihamına cavab verdi

“Bakı” klubu bu gün rəsmi açıqlama yayıb. Allsport.az klubun saytına istinadən xəbər verir ki, açıqlamada Azərbaycan Qolf Federasiyasının nümayəndəsinin nümayəndəsinin açıqlamasına münasibət bildirilib:

“Dünən “Futbol plyus” qəzetində Azərbaycan Qolf Federasiyasının ictimai əlaqələr üzrə meneceri Ülviyyə Ələsgərovanın açıqlaması dərc edilib.

Açıqlamada deyilir ki, “Bakı” Futbol Klubunun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə borcu üzündən təlim-məşq bazasının suyu kəsilib.

“Bakı” Futbol Klubu bəyan edir ki, klubun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə heç bir borcu yoxdur və bunu təsdiq edən sənəd də mövcuddur”.

Həmin kateqoriyadan